← Geri

Məxfilik siyasəti

1. Toplanan məlumatlar

Qeydiyyat zamanı ad, e-poçt, telefon və sinif məlumatı toplanır. Ödəniş zamanı yalnız çek şəkli saxlanılır; kart məlumatları platformada saxlanmır.

2. İstifadə məqsədi

Məlumatlar hesabın idarə olunması, nəticələrin göstərilməsi, valideyn hesabının bağlanması və dəstək üçün istifadə olunur. Məlumatlar heç bir üçüncü şəxsə satılmır. AI köməkçi bölməsi istisnadır — bax: 5-ci bənd.

3. Saxlanma

Məlumatlar hesab aktiv olduğu müddətdə saxlanılır. Hesabın silinməsini tələb etmək üçün əlaqə səhifəsindəki e-poçta yazın.

4. Kukilər

Sayt yalnız giriş sessiyası və oyunlaşdırma bölməsində irəliləyiş üçün texniki kukilərdən istifadə edir; reklam kukiləri yoxdur.

5. AI köməkçi

AI köməkçidən istifadə edəndə yazdığınız sual və botun cavabı emal üçün OpenAI xidmətinə göndərilir. OpenAI bu məlumatı yalnız cavabı hazırlamaq üçün işlədir və öz modellərinin təliminə daxil etmir.

Söhbətlər platformada saxlanılır və müəllim tərəfindən görülə bilər — bu, tədrisin keyfiyyətini artırmaq və cavabsız qalan sualları aşkarlamaq üçündür. Söhbətlər 12 ay saxlanılır, sonra silinir.

Çat bölməsinə şəxsi məlumat (ünvan, telefon, sənəd nömrəsi) yazmayın. Cavabları süni intellekt hazırlayır və səhv ola bilər.