Azərbaycan Tarixi
1991-ci il 18 oktyabr
Müstəqilliyin bərpası günü!
9 oktyabr Azərbaycanın müasir hərb tarixinə Hadrut qəsəbəsinin işğaldan azad edildiyi gün kimi qızıl hərflərlə həkk olunmuşdur. 2020-ci ilin Vətən müharibəsi zamanı reallaşdırılan Hadrut əməliyyatı, Qarabağın taleyini həll edən və müharibənin gedişatını tamamilə dəyişən ən strateji hərbi uğurlardan biridir.
9 oktyabr - Hadrut qəsəbəsinin işğaldan azad edilməsi
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilmişdir.
Bu sənəd 1918-ci i il Mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini davam etdirərək ölkənin müstəqilliyini yenidən bərpa etdiyini bəyan etmişdir.
9 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Hadrut qəsəbəsinin və ətraf kəndlərin işğalçıların pəncəsindən qurtarıldığını elan etdi. Bu xəbər xalqımızda böyük ruh yüksəkliyi yaratdı və Şuşaya gedən zəfər yolunun əsas bünövrəsi oldu. Bu gün Hadrut sürətlə yenidən qurulur, abadlaşır və öz doğma sakinlərini qarşılamağa davam edir. 9 oktyabr hər il Azərbaycanda Hadrut Qəsəbəsi Günü kimi qürurla qeyd edilir.
Tarix Academy Oktyabr 2026